"Arsenal"ın 80 milyonluq təklifi rədd edildi

14:14 - 5 Yanvar 2020

"Arsenal"ın yeni baş məşqçisi Mikel Arteta Almaniyanın "Leyptsiq" klubunda oynayan Dayo Upamekanonun transfer edilməsini rəhbərlikdən istəyib.

 

Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, "topçular" fransalı stopper üçün Bundesliqa klubuna 80 milyon avro təklif edib. Bundesliqada çempionluq uğurnda mübarizə aparan və Çempionlar Liqasında yoluna davam edən "Leyptsiq" 21 yaşlı futbolçunu satmaq fikrində olmadığını bildirib.

 

"Valensyen"in yetirməsi 2017-ci ildə "Zalsburq"dan "Leyptsiq"ə 10 milyon avroya transfer olub. Upamekano bu mövsüm 19 oyun keçirib.

Xəbər xətti