İbrahim Şehiç İngiltərə Premyer Liqasına yollanır?

13:13 - 6 Yanvar 2020

"Bornmut"un qolkiperi Asmir Beqoviçin transfer edə bilməyən "Aston Villa" və "Vest Hem" klubları qapıçı axtarışındadır.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçilərinə bu dəfə başqa bosniyalı qapıçı təklif edilib. Türkiyə I Liqa təmsilçisi "Ərzurumspor"da çıxış edən İbrahim Şehiç hər iki klubun maraq dairəsindədir. Məlumata görə, klublar təklif ünvanlamağa hazırlaşır.

 

Mövsümün sonunda müqaviləsi başa çatacaq 31 yaşlı qapıçını 1,5-2 milyon funt-sterlinqə transfer etmək mümkün olacaq.

 

"Bornmut"un baş məşqçisi Eddi Hou Asmir Beqoviçin çempionatda qalmaq uğrunda mübarizə apardıqları rəqiblərinə verilməsini istəməyib. Bu səbəbdən də 32 yaşlı qolkiperin gələcək taleyi qeyri-müəyyəndir.

 

Beqoviç mövsümün ilk yarısını "Qarabağ"da oynayıb. Şehiç isə 2013-2018-ci illərdə Ağdam klubunda çıxış edib.

Xəbər xətti