Keyndən "Tottenhem"ə şok xəbər

00:12 - 10 Yanvar 2020

"Tottenhem"in kapitanı Harri Keynin zədəsi ciddidir.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı forvard arxa əzələsinin yırtılmasına görə uzun müddət yaşıl meydanlardan kənar qalacaq. İngilis hücumçu aprel ayında məşqləri bərpa edəcək.

 

Keyn Premyer Liqanın 21-ci turunda "Sauthempton"a qarşı matçda zədələnmişdi. O, bu mövsüm London klubunda 25 oyuna 17 qol vurub, 2 assist edib.

Xəbər xətti