"Qalatasaray"da çıxış edən Əmrə Mor İngiltərənin "Brentford" klubunun transfer hədəfindədir.
Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, Çempionşip təmsilçisi 22 yaşlı vingeri heyətinə qatmaq üçün müqavilə ilə məxsus olduğu "Selta" ilə danışığa başlayıb.
Türkiyə millisinin üzvü "sarı-qırmızılar"da keçirdiyi 16 oyunda qol və assistlə yadda qalmayıb. Klub rəhbərliyi gənc oyunçunun müqaviləsini ləğv edib, Viqo təmsilçisinə qaytarmaq fikrindədir. Bu səbəbdən də onun İngiltərə klubuna keçidi mümkündür.
"Qalatasaray" Əmrə Moru yayda 600 min avro qarşlığında 1 illik icarəyə götürmüşdü.
saytlarin hazirlanmasi