İngiltərə Premyer Liqa təmsilçisi "Kristal Pelas" "Everton"un hücumçusu Cenk Tosunu mövsümün sonuna qədər icarəyə götürdüyün açıqlayıb.
Sportal.az xəbər verir ki, London təmsilçisnin çalışdırıcısı Roy Hocson türkiyəli forvardın keçidi ilə bağlı fikirlərini bölüşüb:
"Cenkin adı iki il əvvəl də bizimlə hallanmışdı. "Everton"la transfer yarışında məğlub olduq. Onu almaq üçün daha bir şans əldə etməyimiz gözəl oldu. Tosun əsl hücumçudur və çalışqandır. Bir müddətdir ehtiyac duyduğumuz qolları ondan gözləyirik. O, Türkiyənin ən bombardir futbolçusudur və Avropa çempionatından öncə oynamaq istəyir. Gözləntilərimizi ondan alacağıma şübhə etmirəm. "Arsenal"la oyunda heyətdə yer alacaq".
saytlarin hazirlanmasi