"Liverpul"dan tarixi xal

16:08 - 12 Yanvar 2020

"Liverpul" İngiltərə Premyer Liqasının 22-ci turunda "Tottenhem"i səfərdə 1:0 hesabı ilə üstələdi.

 

Sportal.az xəbər verir ki, 1 oyunu ehtiyatda olan Yurgen Kloppun rəhbərlik etdiyi komanda rekord nəticəyə nail olub. "Qırmızılar" Avropanın 5 böyük liqasında 21 turdan sonra 61 xala çatan ilk klub olub. Daha əvvəlki rekord 2017/18 mövsümündə 21 oyuna 59 xal yığan "Mançester Siti"yə məxsus idi.

 

"Liverpul" qələbədən sonra ən yaxın izləyicisi "Lester Siti"dən 16 xal öndə olub. Komandanın bir oyunu ehtiyatdadır. "Liverpul" 23-cü turda "Mançester Yunayted"lə qarşılaşacaq.

Xəbər xətti