"Tottenhem"in hücumçusu Harri Keyn Avropa çempionatında İngiltərə millisinə kömək edə bilməyəcək.
Sportal.az "The Independent" nəşrinə istinadən xəbər verir ki, bu barədə cərrah Kris Uilson məlumat verib. Həkim 27 yaşlı futbolçunun 6 ay yaşıl meydanlardan kənar qalacağını deyib. O, Keynin aprel-may aylarında geri dönmək ehtimalının az olduğunu bildirib.
Keyn İngiltərə Premyer Liqasının 21-ci turunda "Sauthempton"la matçda zədələnib. London kubu hücumçunun apreldə məşqlərə başlayacağını açıqlayıb.
saytlarin hazirlanmasi