Markus Reşfordun zədələnməsindən sonra hücumçu axtarışına başlayan "Mançester Yunayted" "Monako"da icarə əsasında çıxış edən "Lester Siti"nin hücumçusu İslam Slimanini transfer hədəfinə alıb.
Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" əlcəzairli hücumçunu mövsümün sonuna qədər icarəyə götürmək istəyir. İddiaya görə, Mançester təmsilçisi 31 yaşlı futbolçunu icarəyə götürmək üçün "Lester Siti"yə 4 milyon funt-sterlinq ödəməyə hazırdır.
Slimani bu mövsüm "Monako"nun heyətində Fransa çempionatında keçirdiyi 13 oyunda 7 qol vurub, 7 assist edib.
saytlarin hazirlanmasi