İngiltərə Premyer Liqasının 24-cü turunda "Vulverhempton"la matçda zədələnən "Liverpul"un hücumçusu Sadio Manenin son durumu müəyyənləşib.
Sportal.az xəbər verir ki, seneqallı futbolçu 1 ay yaşıl meydanlardan kənar qalacaq. 27 yaşlı futbolçu fevralın 18-də Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko"ya qarşı keçiriləcək ilk oyunda iştirak etməyəcək.
Mane bu mövsüm 31 oyunda 15 qol vurub, 11 assist edib.
saytlarin hazirlanmasi