"Mançester Yunayted" "Sportinq"in ulduzu Brunu Fernandeşin transferinini bitirə bilmir.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" lissabonlularla 55 milyon funt-sterlinq qarşılığında transferin həlli üçün anlaşma əldə etmişdi. Daha sonra Portuqaliya klubu 68 milyon funt-sterlinq tələb edib. Mançester təmsilçisi bu səbəbdən masadan qalxmağa qərar verib.
Futbolçunun agenti Jorje Mendeş məsələ ilə bağlı açıqlama verib: "Fernandeşlə bağlı xəbərlər olacaq, amma bunun nə vaxt baş verəcəyini bilmirəm. İndi və ya mövsümün sonunda dəyişiklik ola bilər".
Lissabon klubu 25 yaşlı yarımmüdafiəçini 2017-ci ildə "Sampdoriya"dan 9,69 milyon avroya transfer etmişdi. Portuqaliyalı futbolçu bu müddət ərzində "Sportinq"də kapitanlığa qədər yüksəlib və komandada 132 oyuna 62 qol vurub, 42 assist edib.
saytlarin hazirlanmasi