"Zirə"nin göndərdiyi futbolçu debütdə het-trik elədi

22:06 - 27 Yanvar 2020

"Zirə"dən ayrılıb, Malayziyanın "Melaka Yunayted" klubuna keçən Soni Nordenin yeni komandasında uğurlu debütlə yadda qalıb.

 

Sportal.az xəbər verir ki, haitili hücumçu "Negeri Sembilan" ilə yoxlama matçında het-trik edib. 30 yaşlı futbolçu 5, 55 və 60-cı dəqiqələrdə 3 qol vurmağa müvəffəq olub. Qarşılaşma "Melaka Yunayted"in 5:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Norde 2019-cu ilin yayında "Zirə"yə keçmişdi. Qəsəbə təmsilçisi qış fasiləsində hücumçunun müqaviləsini qarşılıqlı razılaşma əsasında pozmuşdu.

Xəbər xətti