Zaur Həşimov: "Oyunumuzun daha da yaxşılaşması üçün vaxt lazımdır"

17:17 - 1 Fevral 2020

Azərbaycan Premyer Liqasında XV turun “Zirə” – “Sabah” oyunundan (2:0) sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Zaur Həşimov jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi:

 

- Qış fasiləsində müəyyən qədər transferlər etdik. Bu gün 5 yeni futbolçumuz meydanda idi. Oyunumuzun daha da yaxşılaşması üçün vaxt lazımdı. Nəticə bizi qane etdi. Əsas odu ki, 3 xal qazandıq.

 

- Şafik Tiqruca heyətdə yox idi. Zədədən sonra ona vaxt lazımdı, yoxsa rəqabətdə uduzur?
- Onun olmamağı rəqabətlə bağlı deyildi. Rəqibin orta xəttindəki oyununa görə belə qərar qəbul etmişdik ki, müdafiəyəmeylli futbolçularımız daha çox olsun.

 

- Avrokubok zonasına yaxınlaşırsız...
- Bu barədə fikirləşmirik. Qarşımıza belə məqsəd qoymuşuq ki, hər oyuna maksimum güclə yanaşaq. Oyundan oyuna yanaşırıq.

Xəbər xətti