“Liverpul” İngiltərə Federasiya kubokunun 1/16 final mərhələsinin cavab oyununda aşağı liqa təmsilçisi “Şrusberi” ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, “qırmızlar”ın baş məşqçisi Yurgen Klopp qarşılaşmada texniki zonada yer almayacaq. Mersisaydlılar matça U-23 komandası ilə çıxacaq. Texniki zonada U-23-ün çalışdırıcısı Nik Kritçli əyləşəcək.
Klopp matçı noutbukdan izləyəcək və telefonla taktiki gedişləri göndərəcək. Almaniyalı mütəxəssis futbolçuların istirahətini pozmamaq üçün belə addım atıb. O, ilk matçdan sonra belə qərar verəcəyini demişdi:
"Kubokun cavab matçına U-23 komandasının baş məşqçisi Nil Kritçlinin rəhbərliyi ilə gənc futbolçuları göndərəcəyəm. Çünki futbolçulara demişdim ki, onlara tam olaraq iki həftəlik istirahət verəcəyəm".
Qarşılaşma 23:45-də baş tutacaq. Komandaların ilk oyunu 2:2 hesablı heç-heçə ilə başa çatıb.
saytlarin hazirlanmasi