"Sportinq"dən Brunu Fernandeşi transfer edən "Mançester Yunayted" Pol Poqbanı yayda satmağa hazırdır.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" fransız yarımmüdafiəçini 100 milyon avroya satmağa razı olacaq. Mançester təmsilçisi Poqbanın satışından əldə edəcək gəlirə hücumçu alacaq.
"Mançester Yunayted" 26 yaşlı yarımmüdafiəçini 2016-cı ildə "Yuventus"dan 105 milyon avroya transfer etmişdi. Poqba bu mövsüm 8 oyunda 2 assistlə yadda qalıb.
saytlarin hazirlanmasi