Premyer Liqada ayın futbolçusu

16:00 - 7 Fevral 2020

İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı futbolçusu açıqlanıb.

 

Sportal.az xəbər verir ki, "Mançester Siti"nin hücumçusu Serxio Aquero ötən ayın ən yaxşısı seçilib.

 

Argentinalı futbolçu karyerasında 7-ci dəfə bu mükafata sahib çıxıb. Daha öncə Stiven Cerrardla ("Liverpul"), Harri Keyn ("Tottenhem") 6 dəfə bu ayın oyunçusu seçilmişdilər. 31 yaşlı futbolçu bu göstəricidə rekorda sahib olub.

 

Aquero ötən ay 3 oyuna 6 qol vurub.

Xəbər xətti