Poçettinonun Premyer Liqa arzusu

17:35 - 12 Fevral 2020

"Tottenhem"dən ayrıldıqdan sonra işsiz qalan Maurisio Poçettino yenidən Premyer Liqada çalışmaq arzusundadır.

 

Sportal.az xəbər verir ki, "Tottenhem"də gördüyü işlərdən qürur duyduğunu dilə gətirən argentinalı mütəxəssis yenə meydan oxumağa hazır olduğunu vurğulayıb:

 

"Uayt Hart Leyn" söküldü, yeni stadiona köçməyimiz zaman aldı. "Uembli" və Milton Kinzdə oynadıq. Çətin vəziyyətlərdə qalsaq da, bunun öhdəsindən gəldik. 3-4 il Çempionlar Liqasında oynadıq. Premyer Liqada dəfələrlə "Arsenal"ı qabaqladıq. Bunlar bizə qalan miras oldu.

 

Sözün düzü, yenidən Premyer Liqada çalışmaq istəyirəm. Gözləmək çətin olacaq, ancaq indi bu mövqeydə qalmalıyam. Yeni çağırışlara hazıram". 

 

Poçettino "Sauthempton"dakı fəaliyyətini də xatırlayıb:

 

"Sauthempton"a yeni gələndə futbolçular uzun ötürmələr edib, cinahlardan irəliləməyi və bütün oyun ərzində pressinq etmək məcburiyyətində olduqlarını hiss edirdilər. Bu düşüncələri dəyişdirmək çətin oldu. Çünki futbolda fərqli sistemlər tətbiq edə bilərsiniz. Bu da Premyer Liqanı dünyanın ən güclü çempionatı edir".

 

47 yaşlı mütəxəssis "Espanyol", "Sauthempton" və "Tottenhem" klublarını çalışdırıb.

Xəbər xətti