UEFA-nın "Mançester Siti"ni avrokuboklarda 2 illik uzaqlaşdırmasından sonra komandanın baş məşqçisi Pep Qvardiolanın klubda qalıb-qalmayacağı müzakirələrə səbəb olub.
Sportal.az xəbər verir ki, "Daily Telegraph" ispan mütəxəssisin mövsümün sonunda "şəhərlilər"dən ayrılacağını yazıb: "Mançester Siti" CAS-a şikayət etməklə cəzasını aradan qaldıra bilməz. Çirkli oyunun bir parçası olmaq istəməyən Qvardiola mövsümün sonunda klubdan ayrılacaq".
"Football Italia" da 49 yaşlı çalışdırıcının Mançester klubundan ayrılacağını qeyd edib: "Qvardiola mövsümün sonunda "Mançester Siti"ni tərk edəcək. O, karyerasına "Barselona" və ya "Yuventus"da davam edəcək".
Sport.es saytı isə Qvardiolanın müqaviləsi başa çatana - 2021-ci ilin yayına kimi "Mançester Siti"də işinə davam edəcəyini yazıb. Nəşr məlumatı təcrübəli mütəxəssisə yaxın mənbələrdən aldığını qeyd edib.
saytlarin hazirlanmasi