Son Premyer Liqanın tarixinə düşdü

00:39 - 18 Fevral 2020

İngiltərə Premyer Liqasının 26-cı turunda "Aston Villa"nı səfərdə məğlub edən "Tottenhem"in hücumçusu Son Hın-Min qələbə qolunu vurmaqla əlamətdar hadisəyə səbəb olub.

 

Sportal.az xəbər verir ki, cənubi koreyalı furbolçu çempionatda 50 qol vuran ilk asiyalı olub.

 

2015-ci ildən "Tottenhem"də çıxış edən Son bu mövsüm Premyer Liqada 21 oyunda 9 qol vurub, 7 assist edib.

Xəbər xətti