"Mançester Siti"nin prezidenti Ferran Soriano UEFA-nın kluba verdiyi 2 illik cəzasına münasibət bildirib.
Sportal.az xəbər verir ki, o, qurumun doğru qərar vermədiyini deyib:
"Azarkeşlərimiz əmin olsunlar ki, ittihamlar yanlışdır. Bunu sübut etmək üçün əlimizdən gələn hər şeyi edəcəyik. Qazanc əldə edən klubuq, borcumuz yoxdur. Hesablarımız dəfələlər yoxlanılıb. Bu qərar hüququ deyil, siyasidir".
"Mançester Siti" avrokuboklardan 2 il uzaqlaşdırılmaqla yanaşı, 30 milyon avro cərimə olunub.
saytlarin hazirlanmasi