"Tottenhem"in baş məşqçisi Joze Mourinyo Premyer Liqada ilk 4-lüyə düşəcəkləri halda, karyerasının ən böyük uğuruna nail olacağını deyib.
Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis heyətdəki itkilərin işləri çətinləşdirdiyini deyib:
"Keyn və Son olmadan oynamağa məcburuq. Əgər çempionatı ilk 4-lükdə bitirsək, inanılmazı bacaracağıq. Uşaqlar da bunu haqq edir".
Joze Mourinyo mövsümün gedişində Maurisio Poçettinonun əvəzinə London klubuna gətirilib. Komanda 57 yaşlı mütəxəssisin rəhbərliyi altında 14 oyunda 8 qələbə qazanıb, dəfə uduzub. Paytaxt klubu Premyer Liqanın turnir cədvəlində 40 xalla 4-cüdür.
saytlarin hazirlanmasi