Premyer Liqada məğlubiyyətsiz irəliləyən "Liverpul" çempionluğa doğru addımlayır.
Sportal.az xəbər verir ki, "qırmızılar" 27 turdan sonra ən yaxın izləyicisi "Mançester Siti"dən 22 xal öndədir. Yurgen Kloppun rəhbərlik etdiyi komanda növbəti 4 turda da qalib gəlsə, çempionluğu təmin edəcək. Bu da martın 21-i 31-ci tur çərçivəsində "Kristal Pelas"la keçiriləcək oyuna təsadüf edir.
Premyer Liqada ən tez çempionluğu 2000/01 mövsümündə "Mançester Yunayted" və 2017/18 mövsümündə "Mançester Siti" əldə edib. Mançester təmsilçiləri sona 5 tur qalmış bunu bacarmışdı.
"Liverpul" 31-ci həftədə bunu reallaşdırsa, sona 7 tur qalmış çempion olacaq. Əgər "Mançester Siti" növbəti turlarda xal itirsə, mersisaydlılar daha erkən çempion ola bilər.
18 dəfə İngiltərə çempionu olmuş "Liverpul" sonuncu dəfə 1989/90 mövsümündə 1-ci olub.
saytlarin hazirlanmasi