Bəzi futbolçuların UEFA-dan 2 illik cəza alan "Mançester Siti"dən ayrılacağı barədə iddialar yayılmışdı. Komandanın yarımmüdafiəçisi Kevin De Bruyne gələcəyi haqda danışıb.
Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "şəhərlilər"dən ayrılmayacağını deyib: "Mançester Siti"də xoşbəxtəm. Burda ayrılmaq istəmirəm. Əgər komandada qalsam, buna şad olaram".
"Mançester Siti" "Genk"in yetirməsini 2015-ci ildə "Volfsburq"dan 76 milyon avroya transfer edib. Belçikalı futbolçu bu mövsüm 34 oyunda 9 qol vurub, 20 assist edib.
saytlarin hazirlanmasi