"Trabzonspor"dan ayrılan Starricə sərt cəza

11:40 - 3 Mart 2020

İngiltərə millisinin sabiq hücumçusu Deniel Starric cəzalandırılıb.

 

Sportal.az xəbər verir ki, İngiltərə Futbol Federasiyası 30 yaşlı futbolçunu iyunun 17-dək yarışlardan uzaqlaşdırıb.

 

FA Starrici 2019-cu ildə mərc qaydalarını pozmaqda günahlandırıb. O, "Liverpul"da çıxış edərkən qardaşı Leonu mümkün transferi haqda məlumatlandırıb və "Sevilya"ya keçəcəyi ilə bağlı mərc şirkətində pul qoyuluşu etməyi tapşırıb. Lakin o, "Vest Bromviç"ə icarəyə verilib.

 

Qaydaları pozan hücumçu 4-ü şərti olmaqla 6 həftə diskvalifikasiyaya və 75 min funt sterlinq (83,5 min avro) cərimə edilmişdi.

 

Apellyasiya komissiyası qərara yenidən baxıb və daha 2 qayda pozuntusu sübuta yetirib. Starric futboldan uzaqlaşdırılmaqla yanaşı, 150 min funt-sterlinq cərimələnib.

 

Ötən gün Starric Türkiyənin "Trabzonspor" klubundan ayrılıb.

Xəbər xətti