UEFA-nın prezidenti Aleksandr Çeferin İngiltərə Futbol Federasiyasını liqa kuboku turnirni ləğv etməyə çağırıb.
Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, sloveniyalı funksioner təqvimin sıxlığını aradan qaldırmaq üçün ingilislərə belə qərar verməyi məsləhət görüb:
“Bundan sonra Fransada liqa kuboku keçirilməyəcək. Bu turniri təşkil edən ölkələrdən yalnız İngiltərə qalıb. Bu turnirin lğv edilməsi ilə vəziyyətin daha yaxşı olacağını hamı bilir. Ancaq problem budur ki, liqa kubokunda iştirakla yaxşı vəziyyətdə olmayan klublar maliyyələşir. Bunu anlayıram. İngilislər əsrləs boyu aktual olan ənənələrə sadiqdirlər”.
İngiltərədə Federasiya kuboku ilə yanaşı, Liqa kuboku da keçirilir.
saytlarin hazirlanmasi