"Tottenhem"in futbolçusunun evi yağmalandı

15:01 - 15 Mart 2020

"Tottenhem"in müdafiəçisi Yan Vertongenin evi soyulub.

 

Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, hadisə martın 10-u, "Tottenhem"in Çempionlar Liqasında Almaniyada "Leyptsiq"lə keçirdiyi oyun zamanı baş verib.

 

Dörd nəfərlik dəstə 33 yaşlı müdafiəçinin həyat yoldaşı və iki uşağı olan evə daxil olublar. Onlar belçikalı oyunçunun ailəsini bıçaq və maçete ilə hədələyərək, evdən qiymətli əşyalar və pul aparıblar. Quldurlar futbolçunun ailəsinə xəsarət yetirməyib.

 

Britaniya polisi araşdırma araşdırma aparır.

Xəbər xətti