Koronavirus pandemiyasına yoluxaraq, karantinə alınan “Arsenal”ın baş məşqçisi Mikel Arteta açıqlama verib.
Sportal.az xəbər verir ki, 11 gündür karantində olan mütəxəssis hazırkı vəziyyəti ilə bağlı danışıb:
“Pandemiyaya görə test verdim və növbəti gün virusa yoxulduğumu bildirdilər. Bunu Premyer Liqa rəhbərliyinə bildirdik, çünki mənimlə təmasda olan hər kəsin karantinə alınması lazım idi. Hazırda özümü yaxşı hiss edirəm. Daha çox enerji toplamaq və bəzi simptomların itməsi 3-4 gün çəkdi. Amma indi daha yaxşıyam”.
saytlarin hazirlanmasi