"Sumqayıt" klubu “Evdə qal, sağlam qal” adlı aksiya çərçivəsində şəhərin yaşlı sakinləri ilə evlərində görüşüb.
Sportal.az xəbər verir ki, əsas komandanın məşqçiləri – Mehman Yunusov, Eduardo Balada, futbolçular – Mehdi Cənətov, Elvin Bədəlov, Cəmaləddin Hocaniyazov, Rüfət Abdullazadə, Səbuhi Abdullazadə, Mehdi Şərifi və Xəyal Nəcəfov iştirak edib.
Xüsusi karantin müddəti boyunca yaşlı sakinlərə evdən çıxmamağı məsləhət görən "Sumqayıt"lılar onları ərzaq tədarükü ilə təmin ediblər.
"Sumqayıt"ın aksiyanı mütəmadi olaraq davam etdirəcəyi bildirilib.
saytlarin hazirlanmasi