İngiltərə Futbol Federasiyasının prezidenti Qreq Klark COVID-19 pandemiyasına görə dayandırılan Premyer Liqanın taleyi ilə bağlı danışıb.
Sportal.az xəbər verir ki, qurum rəhbəri çempionatı başa vurmamaq təhlükəsi ilə üz-üzə olduqlarını deyib:
"Futbol dünyası düşünmədiyimiz şəkildə maliyyə itkisi ilə üz-üzə qaldı. Klublarımızı və çempionatlarımızı itirmək təhlükəsi ilə üz-üzə qalmışıq. Bu mövsümü bitirməyə bilərik. Bizim üçün vacib olan insan həyatıdır".
Premyer Liqanın başa çatmağına 9 tur qalıb. Çempionatın turnir cədvəlinə 82 xalla "Liverpul" başçılıq edir.
saytlarin hazirlanmasi