Riad Rəfiyev: "Hadisələr futbolçuların psixologiyasına pis təsir edir"

15:36 - 2 May 2020

"Bu, dövlətimizin və hökumətimizin qərarıdır, hörmətlə və anlayışla yanaşırıq".

 

Sportal.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Klublar Komitəsinin sədri Riad Rəfiyev Azərbaycanda karantin müddətinin mayın 31-dək uzadılmasına münasibət bildirərkən deyib.

 

"Sumqayıt"ın prezidenti çempionatın baş tutması ilə bağlı hazırda bir söz deyə bilməyəcəyini vurğulayıb.

 

Rəfiyev bu barədə nəsə deməyin düzgün olmadığını sözlərinə əlavə edib.

 

Klub prezidenti futbolçuların dünənə qədər məşqə kökləndikləri halda bu qərarı necə qarşılayacaqlarına da münasibət bildirib: "Bu hadisələr onların psixologiyasına pis təsir edir. Çempionata başlayanda oyunçulara forma yığmaq üçün vaxt lazımdır. Nəzərə alaq ki, mayın 31-də artıq 2 aydan çox müddət olacaq ki, futbolçular məşqsiz qalacaq".

 

Peşəkar Futbol Liqası mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb.

 

Eyni zamanda bütün milli federasiyalar ölkədəki vəziyyət əlverişli olmadığı halda ən geci 25 may tarixinədək mövcud və optimal təhlükəni nəzərə alaraq yarışların gələcək taleyi barədə EPFL (Avropa Peşəkar Futbol Liqaları) və UEFA-ya məlumat verməlidirlər.

Xəbər xətti