"Sabah" çempion elan edildi

23:49 - 22 May 2020

AFFA İcraiyyə Komitəsi federasiyanın bayrağı altında keçirilən liqalarla bağlı qərar qəbul edib.

 

Sportal.az xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar mövcud vəziyyət, Nazirlər Kabineti yanında Operativ Qərargahın təhsil müəssisələrində tədris prosesi ilə bağlı qəbul etdiyi müvafiq qərarlar nəzərə alınaraq, AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 liqalarında, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarında, “Coca-Cola Məktəbli Kuboku” turnirində, Region Liqasında mövsüm başa çatdırılıb. Final mərhələsi play-off sistemi ilə keçirilən turnirlər istisna olmaqla, digər liqalarda hazırda turnir cədvəlində birinci pillədə olan komandalar qalib elan olunub.

 

Bu qərara əsasən, “Sabah” U-17 Liqasının qalibi olub.

 

Paytaxt təmsilçisi çempionatın 18 turundan sonra ən yaxın izləyicisini 7 xal qabaqlayaraq, 43 xalla birinci pillədə qərarlaşmışdı.

Xəbər xətti