Ayxan Abbasov: "Fikirlər üst-üstə düşsə, klubda qalaram"

09:09 - 11 İyun 2020

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov “Qəbələ” ilə qarşılaşdıqları yoxlama oyunundan sonra mətbuat konfransında fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, o, 2:2 hesablı nəticəni şərh edib:

 

"3 aydan sonra oynamaq üçün darıxmışdıq. Çalışdıq hər iki hissəni ayrı-ayrı heyətlə oynayaq. Bunun da səbəbi var. Futbolçular uzun müddət idi oynamırdı. Gördük ki, futbolçuların fiziki forması tam yerində deyil. Vaxtımız azdır, çalışacağıq işlərimizi davam etdirək. İstədiyimiz temp yox idi, xırda səhvlər də var idi. Ancaq buna görə narazı olmağa haqqımız yoxdur. Futbolçular uzun müddətdir ki, oynamırlar. Sevindiricidir ki, hər iki komandanın heyətində ciddi zədələnən olmadı. Ümumilikdə, meydandakı hərəkətlilikdən razı qaldım".

 

Abbasov "Sumqayıt"da qalmaq fikrinidə olduğunu sözlərinə əlavə edib: 

 

"Hazırda bütün fikrim “Sumqayıt”dadır. Mən əvvəlki müsahibəmdə demişdim ki, avrokuboklara vəsiqə qazansaq, missiyamı yerinə yetirmiş olaram. Ancaq bu, o demək deyil ki getmək istəyirəm. Müqaviləmin müddəti bitəndən sonra rəhbərliklə danışacam və fikirlər üst-üstə düşsə, qalaram. Burda xoşbəxtəm".

Xəbər xətti