"Sumqayıt"da növbəti müqavilə

21:52 - 16 İyul 2020

2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu ilə müqavilə müddətini artırıb.

 

Sportal.az xəbər verir ki, Elvin Bədəlov növbəti mövsümdə də komandada çıxış edəcək.


2019-cu ildə "gənclik şəhəri" təmsilçisinə qoşulan Bədəlov ümumilikdə 20 oyun keçirib. 1343 dəqiqə meydanda olan mərkəz müdafiəçi 1 məhsuldar ötürmə ilə də yadda qalıb.

 

Xəbər xətti