"Sumqayıt"dan iki transfer

13:35 - 17 İyul 2020

"Sumqayıt" heyətinə iki futbolçu cəlb edib.

 

Sportal.az-ın məlumatına görə, ötən mövsümün qış fasiləsində "Zirə"dən ayrıldıqdan sonra klubsuz qalan Elvin Məmmədov "gənclik şəhəri" təmsilçisi ilə anlaşıb. 31 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Məmmədov daha öncə 2018/19 mövsümündə "Sumqayıt"da çıxış etmişdi.

 

"Kimyaçılar" digər anlaşdığı futbolçu isə "Səbail"dən ayrılan Vüqar Bəybalayevdir. 26 yaşlı futbolçu ilə ilə 1 illik razılıq əldə edilib. Bəybalayev daha əvvəl 2017/18 mövsümündə "Sumqayıt"da oynamışdı.

Xəbər xətti