"Sabah" "Anji"nin futbolçusunu transfer etdi

16:38 - 17 İyul 2020

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, paytaxt təmsilçisi Azərbaycan U-19 millisinin hücumçusu Camal Cəfərovla 5 illik müqavilə imzalayıb.

 

“Anji” futbol akademiyasının yetirməsi olan Camal, son mövsümdə bu klubun əvəzedici komandasında çıxış edib.

Xəbər xətti