Kapitan daha bir il "Sumqayıt"da

14:14 - 18 İyul 2020

2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” Mehdi Cənnətov və Elvin Bədəlovun ardınca kapitan Vurğun Hüseynovla da müqaviləni yeniləyib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, təcrübəli müdafiəçi növbəti mövsümdə də "gənclik şəhəri" təmsilçisinin uğurları üçün çalışacaq.

 

2013/14 mövsümündən etibarən “Sumqayıt”da çıxış edən Vurğun Hüseynov komandanın tarixində ən çox oyun keçirən futbolçudur. 164 matçda forma geyinən 32 yaşlı futbolçu 1 dəfə qol vurmağa da nail olub.

Xəbər xətti