"Sabah"ın futbolçusu Anar Panayev karyerasını Rusiyada davam etdirəcək.
Sportal.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi 3-cü liqada mübarizə aparan "Legion-Dinamo" klubuna keçib. Mahaçqala təmsilçisi Azərbaycan və Rusiya vətəndaşlığı daşıyan futbolçu ilə 1 illik müqavilə imzalayıb.
Dağıstanlı futbolçu "Anji"nin yetirməsidir. Anar 2019-cu ilin yayında "Sabah"a keçib. O, paytaxt klubunun əsas komandasında 1 oyunda meydana çıxıb.
saytlarin hazirlanmasi