"Sumqayıt"ın rəqibini tanıyaq - "Neftçi"ni mübarizədən kənarlaşdıran

21:03 - 10 Avqust 2020

“Sumqayıt” UEFA Avropa Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, Tetovo şəhərini təmsil edən komanda 1979-cu ildə təsis olunub. 41 yaşlı klubun əsas rəngləri qara-qırmızıdır. “Şkendiya” ev oyunlarını 15000 tamaşaçı tutumuna malik olan digər adı “Ekoloq Arena” olan Tetovo şəhər stadionunda keçirir.

 

UEFA-nın klub reytinqində 150-ci pillədə qərarlaşan komandanı 50 yaşlı albaniyalı mütəxəssis Ernest Qyoka çalışdırır. 3 dəfə Şimali Makedoniya çempionu (2010/11, 2017/18, 2018/19) və 2 dəfə ölkə kubokuna (2015/16, 2017/18) sahib olan tetovolular ötən mövsümü 23 oyunda 10 qələbə, 5 heç-heçə və 8 məğlubiyyətlik nəticə göstərib.

 

Ümumilikdə 35 xal toplayan kollektiv mövsümü 3-cü pillədə başa vurub. Komandanın 32 yaşlı yarımmüdafiəçisi Armend Alimi 9 qolla çempionatın ikinci bombardiri olub. Alimi Şimali Makedoniya millisində 13 oyunda meydana çıxıb.

 

“Şkendiya”nın heyətində Şimali Makedoniya millisinin 2 futbolçusu – Eqzon Beytulai və Lyupko Doriev çıxış edir.

 

Tetovo təmsilçisi 2016/17 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"ni mübarizədən kənarlaşdırmışdı (0:0; 1:0).

Xəbər xətti