"Sumqayıt" "Zirə"yə 4 qolla qalib gəldi

22:33 - 14 Avqust 2020

2020/21 mövsümünün ilk oyunu üçün hazırlıqlarını davam etdirən "Sumqayıt" bu gün "Zirə" ilə yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, "Kapital Bank Arena"da baş tutan görüşdə Ayxan Abbasovun yetirmələri 4:0 hesablı qələbə qazanıb.

 

"Gənclik şəhəri" təmsilçisinin qollarını Rüfət Abdullazadə, Elvin Məmmədov, Tellur Mütəllimov və Əli Qurbani rəqib qapısından keçirib.

 

Xəbər xətti