"Sumqayıt"dan "Zirə"yə 4 cavabsız qol - VİDEO

11:11 - 15 Avqust 2020

2020/21 mövsümünün ilk oyunu üçün hazırlıqlarını davam etdirən "Sumqayıt" "Zirə" ilə yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, "Kapital Bank Arena"da baş tutan görüşdə Ayxan Abbasovun yetirmələri 4:0 hesablı qələbə qazanıb.

 

"Gənclik şəhəri" təmsilçisinin qollarını Rüfət Abdullazadə, Elvin Məmmədov, Tellur Mütəllimov və Əli Qurbani rəqib qapısından keçirib.

 

Xəbər xətti