“Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.
Sportal.az klubun saytına istinadla xəbər verir ki, son mövsümü Aktau “Kaspi”sində keçirmiş Kərəm Sultanovla 1+1 illik müqavilə imzalanıb. 24 yaşlı müdafiəçi komandada 4 nömrəli formada çıxış edəcək.
Qazaxıstanın “Ordabaşı” klubunun yetirməsi olan Kərəm Sultanov 2016-cı ilə qədər adıçəkilən komandanın əvəzedicilərində çıxış edib. Sultanov son klubu olan “Kaspi”dən öncə isə “Kızıl-Jar” (24 oyun) klubunun uğurları üçün çalışıb.
saytlarin hazirlanmasi