“Sabah” Ozan Can Kökcü ilə yeni müqavilə bağlayıb.
Sportal.az xəbər verir ki, anlaşmaya əsasən gənc yarımmüdafiəçi 2023-cü ilə kimi paytaxt təmsilçisinin uğurları üçün çalışacaq.
Ozan Can ötən ilin yayından “Sabah”ın üzvüdür. U-21 millisinin də şərəfini qoruyan yarımmüdafiəçi komandada 19 oyun keçirib, 1 qol vurub.
Kökcünün klubla əvvəlki müqaviləsi 2021-ci ilin yayında başa çatırdı.
saytlarin hazirlanmasi