"Sabah"dan "Keşlə" ilə oyun üçün xüsusi forma - FOTO

15:22 - 2 Oktyabr 2020

"Sabah" Azərbaycan Premyer Liqasının V turunda "Keşlə" ilə oyuna xüsusi formada çıxacaq.

 

Sportal.az xəbər verir ki, formanın ön hissəsində "Karabakh is Azerbaijan"  (Qarabağ Azərbaycandır!) yazısı, arxa hissəsində isə Ermənistan ordusunun açdığı atəş nəticəsində həlak olmuş 13 yaşlı futbolçu Şəhriyar Qurbanovun adı həkk olunub.

 

"Sabah" - "Keşlə" matçı saat 15:30-da start götürəcək.

 

Xəbər xətti