“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 5-ci turunda səfərdə “Qəbələ”yə qarşı keçirdikləri oyundan sonra mətbuatı konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, 39 yaşlı mütəxəssis 1:1 hesablı heç-heçəni şərh edib:
“Bu günlərdə hər birimizin fikri cəbhədə, əsgərlərimizin yanındadır. Allahdan şəhidlərimizə rəhmət, igid oğullarımıza isə qələbə üçün güc, qüvvət diləyirəm. Hər iki komanda qalib gələ bilərdi. Arzuolunmaz zədəylə üzləşdik. Bütün hallarda meydanda olmuş hər bir futbolçuma təşəkkür etdim. Biz bura 1 xal arxasınca gəlməmişdik. Qalib gəlmək istəyirdik. Hər oyunda uğurlu nəticə əldə etmək istəyirik. Qalib gələ bilmədikdə, uduzmamağa cəhd etməli idik ki, buna da nail olduq”.
saytlarin hazirlanmasi