“Sumqayıt”ın qış hazırlıq planı bəlli olub.
Sportal.az xəbər verir ki, sözügedən komanda çempionatın qalan hissəsi üçün hazırlığa yanvarın 4-dən etibarən Sumqayıt şəhərində start verəcək.
“Sumqayıt” toplanış dönəmində iki yoxlama oyunu keçirəcək. Belə ki, komanda yanvarın 10-da “Zirə”, 14-də isə “Qəbələ” ilə qarşılaşacaq.
Qeyd edək ki, “Sumqayıt” Premyer Liqanın 14-cü turu çərçivəsində yanvarın 21-də səfərdə “Keşlə” ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi