"Sumqayıt" Cabir Əmirli və Mehdi Şərifidən sonra heyətini növbəti futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, "kimyaçılar" İran çempionatında çıxış edən "Peykan" klubunun mərkəz müdafiəçisi, cənubi azərbaycanlı Höccət Haqverdi ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Höccət Haqverdi karyerası ərzində "Peykan" (90 oyun, 4 qol) və İsfahanın "Zob Ahan" (26 oyun) komandalarının uğurları üçün çalışıb.
saytlarin hazirlanmasi