"Sumqayıt"ın yeni transferləri məşqlərə qoşuldu

22:40 - 13 Yanvar 2021

"Sumqayıt" Premyer Liqanın ikinci yarısı üçün hazırlığını davam etdirir.

 

Sportal.az xəbər verir ki, komanda bu gün baş məşqçi Ayxan Abbasovun rəhbərliyi ilə "Dalğa Arena"da məşqə çıxıb.

 

Yeni transferlər Mehdi Şərifi və Höccət Haqverdi də hazırlıq prosesinə qoşulub. Zədəsini sağaldan Süleyman Əhmədov isə artıq komanda ilə birgə məşqlərə başlayıb.

 

Təxminən 1 saat davam edən hazırlıq prosesində əsasən yüngül fiziki hərəkətlər və toplu çalışmalar icra edilib.

 

"Sumqayıt" hazırlıq zamanı sabah "Qəbələ" ilə yoxlama oyunu keçirəcək. Saat 15:00-da “Kapital Bank Arena"da keçiriləcək qarşılaşma "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.

Xəbər xətti