"Sumqayıt" keçmiş futbolçusunu baxışa çağırıb

16:43 - 14 Yanvar 2021

"Sumqayıt" keçmiş futbolçusu Dmitri Nağıyevi baxışa dəvət edib.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı müdafiəçi komandanın bu gün "Qəbələ" ilə yoxlama matçında iştirak ərizəsinə daxil edilib.

 

Qarşılaşma saat 15:00-da start götürüb.

 

U-21 millisinin keçmiş üzvü 2018-ci ilin iyulunda "Sumqayıt"a keçmişdi. Lakin milliləşdirilmiş futbolçu bundan 1 ay sonra Portuqaliyanın I divizion təmsilçisi "Kova-da-Piedadi" klubuna keçmişdi. Nağıyevin son klubu Moldova təmsilçisi "Dinamo Avto" olub.

Xəbər xətti