“Sumqayıt” iki futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.
Sportal.az xəbər verir ki, qazaxıstanlı müdafiəçi Kərəm Sultanov və iranlı yarımmüdafiəçi Adəm Həmati "gənclik şəhəri" təmsilçisini tərk edəcəklər.
Bu barədə komandanın baş məşqçisi Ayxan Abbasov məlumat verib. Hər iki futbolçunun müqaviləsinə xitam veriləcək.
Sultanov və Həmati mövsümün əvvəlində “Sumqayıt”a keçmişdilər.
saytlarin hazirlanmasi