"Sumqayıt" futbolçusu Kərəm Sultanovla yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı müdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

 

Sultanov 2020-ci ilin avqustunda "Sumqayıt"a keçmişdi. Onun müqaviləsi mövsümün sonunda başa çatırdı.