"Şaxtyor" "Sumqayıt"dan ayrılan futbolçunu baxışa dəvət etdi

14:00 - 1 Fevral 2021

“Sumqayıt”dan ayrılan Kərəm Sultanov karyerasını ölkəsi Qazaxıstanda davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı müdafiəçini “Şaxtyor” klubu baxışa dəvət edib. O, komandanın Türkiyədəki təlim-məşq toplanışına qatılıb. 24 yaşlı müdafiəçinin performansı məşqçiləri qane etsə, müqavilə imzalanacaq.

 

Sultanov 2020-ci ilin avqustunda "Sumqayıt"a keçmişdi. Onun mövsümün sonunda başa çatmalı olan müqaviləsi yanvarda ləğv edilib.

 

Xəbər xətti